Paytaxt və regionlarda fəaliyyət göstərən sahibkarlar arasında növbəti onlayn görüş baş tutub.

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bu gün baş tutan görüşdə partnyorlar arasında yeni tanışlıqlar olub.

B2B formatda dialoqlar və müzakirələrlə davam edən görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev də iştirak edib. Orxan bəy regionlarda iqtisadi fəallıq artması üçün sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər haqqında məlumat verib.

Həmçinin, “Marsol Group”un Şimali Kipr nümayəndəsi və Wotmax Estate şirkətinin rəhbəri İlhami Bilgen görüşümüzə qatılıb. Şirkətin fəaliyyətləri haqqında təqdimat edən İlhami bəy bununla yanaşı Şimali Kipr və Azərbaycan arasında əməkdaşlıqların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşün davamında Marsol Region partnyoru “Qinyətoğulları” arıçılıq təsərrüfatının rəhbəri Lətif Lətifov Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən təsərrüfatını nümayiş etdirərək arı məhsulları haqqında partnyorları məlumatlandırıb.