Category

Xəbərlər
Bu gün partnyorlarımızla birgə “Café de Baku” restoranında "Business Breakfast" görüşümüz gərçəkləşdi. Sahibkarlar arasında tanışlıqlar oldu, eyni zamanda öz işləri haqqında məlumat verdilər. Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin nümayəndəsi Fariz bəy də iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.
Ətraflı
Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “ Armaad Group”da baş tutdu. Partnyorlarımız “Armaad Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Murad bəy tərəfindən məlumatlandırıldı.
Ətraflı
MARSOL tərəfdaşları arasında növbəti “Business Breakfast” görüş “Fisincan” restoranında baş tutdu. Şirkətlər arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Görüşdə MARSOL partnyoru olan xanım sahibkarlar da iştirak edib. Bununla yanaşı Azərcell tərəfindən ən yaxşı sms şirkəti olaraq mükafatlandırılmış, partnyorumuz “Bimtek” şirkətinin rəhbəri Cenk bəyin təqdimatı gərçəkləşdi.
Ətraflı
Bu gün təşkil edilən görüş sonunda partnyorlarımızla bilrikdə Azərbaycan Səfirliyinin dəvətilə axşam ziyafətində iştirak etdik. Axşam ziyafətində Azərbaycan mətbəxinin təamlarından daddıq və bir sıra mövzularda müzakirələr edildi. Bununla yanaşı, Kiyev şəhərində keçirilən WIZARD OPEN Turnirndə iştirak edən həm yerlimiz Eduard Məmmədov və digər idmançılarımızla da görüşdük, onlara turnirdə uğurlar arzuladıq.
Ətraflı
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Anım günü münasibətilə Kiyevdə işgüzar səfərdə olan sahibkarlar Ulu Öndərin xatirə büstünü ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Ukraynadakı səfirinin müşaviri Kamal Xəlilovun rəhbərliyi altında, MARSOL şirkətinin təsisçisi - Azərbaycan Sahibkarlar Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının sədri Tural Mustafayev, Azərbaycan...
Ətraflı
İşgüzar səfərimizdə bu gün Kiyevdə fəaliyyət göstərən Azərbaycanlı sahibkarlarla Azərbaycan Səfirliyində görüşümüz baş tutdu. Ukraynada yerləşən Azərbaycan Səfirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan Ukrayna İş Adamları dərnəyi və MARSOL-un birgə təşkilatçılığı ilə baş tutan görüşdə sahibkarlar öz biznesləri və fəaliyyətləri haqqında əıtraflı məlumat verərək yaxından tanış oldular və biznes əlaqələrinin inkişafından danışdılar.
Ətraflı
Odessa-Kiyev turumuz davam edir. İşgüzar səfər üçün üz tutduğumuz Kiyev şəhərində partnyorlarımızla birlikdə maraqlı günümüz keçdi. Şəhərdə gəzdik və şəhərə fərqli gözəllik qatan tarixi abidələri ziyarət etdik.
Ətraflı
Biznes müsahibələrimiz davam edir. Bu dəfəki müsahibimiz, partnyorumuz “QANUN Mühasibatlıq” şirkətinin təsisçisi Xanoğlan bəy oldu.
Ətraflı
Partnyorumuz “Globus Travel Agency”lə birlikdə təşkil etdiyimiz “Odessa-Kiyev” turumuz davam edir. Bu gün partnyorlarımızla bilrikdə daha bir maraqlı günümüz keçdi. Belə ki, “Odessa Katakombaları” və “Odessa Opera Teatrı”nı ziyarət etdik, tarixi məkanlar haqqında tur bələdçisi tərəfindən məlumatlandıq.
Ətraflı
Bugün partnyorlarımızla birlikdə logistika sahəsində fəaliyyət göstərən “LV Logistics” şirkətində qonaq olduq. İlk növbədə iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verdi və yaxından tanış oldular. Daha sonra partnyorumuz “LV Logistics” şirkətinin rəhbəri Məhəmməd bəy şirkətin fəaliyyəti və beynəlxalq yük daşımalar haqqında ətraflı məlumat verdi. Bununla yanaşı partnyorlarımız da Məhəmməd bəyə öz suallarını ünvanladılar və...
Ətraflı
1 130 131 132 133 134 177

This will close in 0 seconds