Ofis Ziyarəti “LV Logistics” – 09.12.2021

Bugün partnyorlarımızla birlikdə logistika sahəsində fəaliyyət göstərən “LV Logistics” şirkətində qonaq olduq. İlk növbədə iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verdi və yaxından tanış oldular. Daha sonra partnyorumuz “LV Logistics” şirkətinin rəhbəri Məhəmməd bəy şirkətin fəaliyyəti və beynəlxalq yük daşımalar haqqında ətraflı məlumat verdi. Bununla yanaşı partnyorlarımız da Məhəmməd bəyə öz suallarını ünvanladılar və logistika sahəsində geniş müzakirələr edildi.

Onu da qeyd edək ki, “LV Logistics” şirkəti 1921-ci ildə Hollandiyada fəaliyyətə başlamış və tam çeşidli logistik həllər təklif edən qlobal bir şirkətə çevrilmişdir.   

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Sabiroğlu
BMY Caspian
İcon Pərdə Dizayn
MVC Group
ABV
Prestij Kimya
Avtometal
AzEstetik
Okuklu Holding
Billur MS