Partnyorumuz “Globus Travel Agency”lə birlikdə təşkil etdiyimiz “Odessa-Kiyev” turumuz davam edir. Bu gün partnyorlarımızla bilrikdə daha bir maraqlı günümüz keçdi. Belə ki, “Odessa Katakombaları” və “Odessa Opera Teatrı”nı ziyarət etdik, tarixi məkanlar haqqında tur bələdçisi tərəfindən məlumatlandıq. Daha sonra Ukrayna mətbəxinin ləziz təamlarından daddıq. İndi isə, tur çərçivəsində növbəti səfərimiz olan Kiyev şəhərinə Odessa Beynəlxalq Hava Limanından yola çıxdıq.