Yeni tanışlıqlar, müxtəlif sahədə fəaliyyət göstərən insanlarla biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə təşkil etdiyimiz ofis ziyarətimiz bu dəfə logistika sahəsinə 6 illik təcrübəsi olan və müştərilərin güvənini qazanmış “Sarr Logistics ” şirkətində oldu. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər.Ətraflı
Bu gün xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında MARSOL-un fəaliyyət istiqamətlərindən biri olan, işgüzar şəxslərlə biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə həyata keçirilən “Business Breakfast” görüşü baş tutub. Görüş zamanı fərqli sahələrdən olan partnyorlarımız arasında yeni tanışlıqlar olub.Ətraflı
21 fevral “Mama Meri” restoranında 2021-2022 MARSOL sponsorları arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Axşam ziyafəti” görüşümüz baş tutub.Ətraflı
Quba turumuz davam edir. Bu gün partnyorlarımızla birlikdə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” (KOBİA) Quba KOB dostu Asif bəyin təşkilatçılığı ilə “R.A.N fruit” alma zavoduna ziyarətimiz baş tutdu. Zavodun nümayəndəsi Vüqar bəy bizlərə müəssisə haqqında ətraflı məlumat verdi və müəssisənin gəzərək fəaliyyətləri ilə daha yaxından tanış olduq. Onu da qeyd edək ki, hal-hazırda “R.A.N...Ətraflı
18 fevral tarixində partnyorlarımızla birgə “Quba Palace” hoteldə asudə vaxtımızdan istifadə edərək idman və əyləncəli oyunlar oynadıq. Partnyorlarımız maraqlı əyləncə növlərindən biri olan stend atıcılığında hədəfləri vurmağa çalışdı, sonra isə boulinq və bilyard oynadıq. Daha sonra hoteldə axşam yeməyi ziyafətimiz baş tutdu. Gün sonunu partnyorlarımızın sevimli oyununa olan “mafia” ilə yekunlaşdırdıq.Ətraflı
Partnyorumuz “Globus Travel Agency”lə birlikdə təşkil etdiyimiz “Quba” turuna yola düşdük. Səfər zamanı “Cənnət bağı” restoranında nahar fasiləsi etdik, daha sonra “ Quba Palace” hotelinə üz tutduq.Ətraflı
Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Net Finance” şirkətində baş tutdu. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib. Şirkətin rəhbəri Aqşin bəy qeyd etdi ki, “Net Finance” şirkəti, təcrübəli, peşəkar, dəqiq və gənc mütəxəssislərdən ibarət komandası beynəlxalq və milli...Ətraflı
MARSOL partnyorları olan sahibkarlarımız arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Business Breakfast və B2B” görüşümüz “DineHall” restoranında baş tutub. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.Ətraflı
16 fevral partnyorlarımız arasında növbəti “Mafia” oyunu və axşam ziyafəti baş tutdu. MARSOL-un ənənəvi sosial fəaliyyətinə çevrilən mafia oyunu “La Liga Lounge Center”-də reallaşıb. Öncə Marsol tərəfdaşları arasında tanışlıqlar oldu və sahibkarlıq fəaliyyətləri haqqında geniş məlumat verdilər.Ətraflı
Bu gün MARSOL partnyorlarımızla birlikdə armatur və müxtəlif dəmir məmulatları idxalı və satışı ilə məşğul olan “Almet Trading Baku” şirkətinin qonağı olduq. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.Ətraflı