21 fevral “Mama Meri” restoranında 2021-2022 MARSOL sponsorları arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Axşam ziyafəti” görüşümüz baş tutub. Ənənəvi olaraq sponsor şirkətlər arasında tanışlıqlar olub və tərəfdaşlarımız şirkətləri haqqında qısa məlumat verib. Görüş zamanı sponsor şirkətlər “Partners & Business 2022” Yerli Şirkətlərin Tanıtım Sərgisinin planı ilə tanış olub və ardıcıl surətdə həyata keçirilən tədbirlərdən bəhs ediblər. Həmçinin şirkətlər yeni layihələr və ortaqlıqlar haqqında müzakirələr ediblər.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Sabiroğlu MMC
Kapital Bank
Grow Audit and Consulting
Caspian Energy Group
Texno Gallery
Prestij Kimya
Həkim Baba
VƏLİOGLU-2018
Saloni
AzEstetik Group
BHB Strategic & Creative CO.