Quba turumuz davam edir. Bu gün partnyorlarımızla birlikdə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” (KOBİA) Quba KOB dostu Asif bəyin təşkilatçılığı ilə “R.A.N fruit” alma zavoduna ziyarətimiz baş tutdu. Zavodun nümayəndəsi Vüqar bəy bizlərə müəssisə haqqında ətraflı məlumat verdi və müəssisənin gəzərək fəaliyyətləri ilə daha yaxından tanış olduq. Onu da qeyd edək ki, hal-hazırda “R.A.N fruit” daxili bazarla yanaşı xarici bazara da alma ixracatı edir.

Daha sonra “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdik. Kompleksi gəzdik və kompleks bələdçisi tərəfindən ətraflı məlumatlandıq.

Bugünkü naharımızı isə “Alma” restoranında etdik və Quba KOB dostu Asif bəy partnyorlarımızla daha yaxından tanış oldu. Hər kəs fəaliyyəti haqqında ətraflı məlumat verdi. Quba KOB dostu Asif bəy KOBİA və KOB Dostlarının fəaliyyəti haqqında ətraflı danışdı, partnyorlarımızın suallarını cavablandırdı.

Nahar sonunda hotelə qayıtdıq. Partnyorlarımız asudə vaxtlarını qolf və boulinq oynayaraq keçirdi.