18 fevral tarixində partnyorlarımızla birgə “Quba Palace” hoteldə asudə vaxtımızdan istifadə edərək idman və əyləncəli oyunlar oynadıq. Partnyorlarımız maraqlı əyləncə növlərindən biri olan stend atıcılığında hədəfləri vurmağa çalışdı, sonra isə boulinq və bilyard oynadıq.

Daha sonra hoteldə axşam yeməyi ziyafətimiz baş tutdu. Gün sonunu partnyorlarımızın sevimli oyununa olan “mafia” ilə yekunlaşdırdıq.