Business Breakfast “Dine Hall” – 22.02.2022

Bu gün xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında MARSOL-un fəaliyyət istiqamətlərindən biri olan, işgüzar şəxslərlə biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə həyata keçirilən “Business Breakfast” görüşü baş tutub. Görüş zamanı fərqli sahələrdən olan partnyorlarımız arasında yeni tanışlıqlar olub.

Tədbirdə “Business Service Centre” şirkətinin layihə rəhbəri Elxan bəy “Vergi Məcəlləsindəki dəyişiklik” mövzusunda olan suallara aydınlıq gətirib.

Bununla yanaşı partnyorumuz “Shane English School” şirkətinin təqdimatı baş tutdu. Belə ki, şirkətin rəhbəri Jalə xanım Beynəlxalq bir təhsil mərkəzi olduqlarını, tələbələrinə dünya standartlarına cavab verən təlim-təhsil sistemi ilə xidmət etdiklərini və hər il yüzlərlə tələbənin xaricdə təhsil almaq arzusunu reallaşdırdıqlarını qeyd etdi.

Görüş zamanı 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntülər təqdim edilib və növbəti sərgi haqqında partnyorlar məlumatlandırılıb. Həmçinin “Partners & Business 2022” sərgisinin planı partnyorlarımıza təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

DHA
Arion Hotel
Baycan
GV Estetik
ERZ Mebel
Qaranti Group
Naxçıvan Bank
Z Glass
Global Logistics
Net Elektrik
Kababçı Restoranı
Zarif İnteriors
AK Piping
Vibrostone
Shane Academy
BSC
Polisan
İnci
Unilift
İcon Pərdə
Helind
Ecomedi
Azpark
Times Consulting
Əmlak.az
OK Media
Greenmed
TAİM