Ofis Ziyarəti “Sarr Logistics” – 23.02.2022

Yeni tanışlıqlar, müxtəlif sahədə fəaliyyət göstərən insanlarla biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə təşkil etdiyimiz ofis ziyarətimiz bu dəfə logistika sahəsinə 6 illik təcrübəsi olan və müştərilərin güvənini qazanmış “Sarr Logistics ” şirkətində oldu. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər. Daha sonra şirkətin rəhbəri Tural bəy şirkət haqqında ətraflı məlumat verdi. Belə ki, Tural bəy “Sarr Logistics ” şirkətinin dünyanın bir çox ölkələrindən və eləcə də Azərbaycandan yüklərin daşınması (quru yol, dəniz yolu, dəmir yolu və hava yolu), gömrüklənməsi və saxlanması ilə bağlı xidmətlərini partnyorlarımıza təklif etdi.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sarr Logistika
Şərq Motors
VMR Tekstil
Stand Pro
Deltatech