Business Breakfast “MARSOL Business Club” – 23.02.2022

Bu gün MARSOL-un ənənəvi tədbirlərindən olan, növbəti “Business Breakfast və B2B” görüşü “MARSOL Business Club”da gerçəkləşdi. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Səid bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

“Business Breakfast və B2B” görüşündə inşaat sektorunda fəaliyyət göstərən partnyorumuz “BMY Caspian” şirkətinin təqdimatı reallaşıb və şirkətin rəhbəri Mehman bəy fəaliyyətləri haqqında video görüntüləri təqdim edib.

Bununla yanaşı, görüşdə “Business Finance & Audit” şirkətinin rəhbəri Aqşin bəy “Maliyyə hesabatlarının auditi” mövzusunda partnyorlarımızı maraqlandıran suallara aydınlıq gətirdi.

Ən sonda 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntülər təqdim edilib və növbəti sərgi haqqında partnyorlar məlumatlandırılıb. Həmçinin “Partners & Business 2022” sərgisinin planı partnyorlarımıza təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Agroexpert
İvento
Rasmar
Abşeron Logistika
Kartpak
BMY Caspian
Business Finance and Audit
Khazar Lift Servis
KOBİA