Sosial Fəaliyyət (Mafia) – 23.02.2022

23 fevral  “La Liga Lounge Center”də  “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün nəzərdə tutduğu sosial fəaliyyətlərindən olan növbəti “Mafia” oyunu və axşam ziyafəti baş tutub. Öncə “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.

Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. Digər oxşar oyunlara nisbətən üstünlükləri olan “Mafia” oyununda iştirakçılarımız özləri necə oynamağa qərar verib və yeni strategiyalardan istifadə edərək maraqlı oyun sergiləyirlər.

Həmçinin görüş zamanı “Partners & Business  2022” sərgisi haqqında ətraflı məlumat verilərək,  sərgi planı partnyorlarımıza təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

L-Sim
Prof Solutions
Hafele
Humel Psixologiya Mərkəzi
Türkeş dekor
SG Logistika
Pak xalça
Logi Group
Elar Park
Vitam
SME
Autolux
Şəms tərcümə
Lunchef Catering 
Monopak
Bravo
Vizyon