Business Breakfast “Dine Hall” – 17.02.2022

MARSOL partnyorları olan sahibkarlarımız arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Business Breakfast və B2B” görüşümüz “DineHall” restoranında baş tutub. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

Görüşdə “Dövlət Məşğulluq Agentliyi”-nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O, da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı və sulları cavabladı. Həmçinin, Milli Abilimpiya Federasiyasının vitse prezidenti Rüfət Hacılıda görüşdə iştirak edib.

Tədbirdə “Qanun Mühasibatlıq” şirkətinin rəhbəri Xanoğlan bəy “Vergi Məcəlləsindəki dəyişiklik” mövzusunda olan suallara aydınlıq gətirdi. 

Bununla yanaşı partnyorumuz “BHB” şirkətinin təqdimatı baş tutdu. Belə ki, şirkətin Digital departament rəhbəri Ağarəcəb bəy reklam strategiyasının hazırlanması və inkişafı yolunda “BHB” Medianın xidmətlərindən və yeniliklərdən danışdı.

Qonaq olaraq Türkiyəli kino və televiziya aktyoru, rejissor Erhan Ufuk iştirak edib.

Sonda isə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntüləri təqdim edib və növbəti sərgi haqqında partnyorları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Qanun Mühasibatlıq
Estet
BHB
Formag Logistika
Destec Group
ADRA
Türkeş Dekor
As Avtomatika
Outsite
Acıbadəm
Caucasus Geo Survey
DMA
DMA – ( Milli Abilimpiya Federasiyası )
Flayblast
Okuklu Holdinq
Agro Kimya
Flyer.az
Asstrech
Red Academy
Pro Glass
New Life Systems
Azestetik
MR Group
Humel
Logi Group
Şərq Motors
Kirpi Tekstil