Avropa səfərimizin növbəti ünvanı Almaniyanın məşhur kurort şəhərlərindən biri – Baden-Baden oldu.
Şəhərin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə təşkil olunan ekskursiya zamanı Baden-Badenin özünəməxsus memarlığı, sakit atmosferi və təbiət gözəllikləri ilə fərqləndiyini müşahidə etdik. Termal suları, klassik üslubda inşa edilmiş binaları və mədəni həyat tərzi ilə tanınan bu şəhər, Almaniyanın ən seçilən istirahət və sağlamlıq mərkəzlərindən biri kimi səfər iştirakçılarında dərin təəssürat yaratdı.


