12 dekabr – Heydər Əliyevin anım günü (Kiyev Ukrayna)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Anım günü münasibətilə Kiyevdə işgüzar səfərdə olan sahibkarlar Ulu Öndərin xatirə büstünü ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Ukraynadakı səfirinin müşaviri Kamal Xəlilovun rəhbərliyi altında, MARSOL şirkətinin təsisçisi – Azərbaycan Sahibkarlar Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının sədri Tural Mustafayev, Azərbaycan Ukrayna İş adamları dərnəyinin sədri Əli Əliyev və sahibkarlar ümummilli lider Heydər Əliyevin büstü önünə əkili qoyub. Daha sonra öz ehtiramlarını bildirərək Ulu Öndəri yad ediblər.
Anım günündə MARSOL partnyoru olan Globus Travel, Sabiroğlu, Grow Audit, Tech Master, Express Services & Logistics, N-Advert, Net Finance şirkətlərinin rəhbərləri və Kapital Bankın nümayəndələri iştirak edib.

#12dekabr#HeydərƏliyev#anımgünü#animgunu#marsol#globusaz#sefirlik#ask#sahibkarlar#kiyev#ukrayna