Day

Dekabr 15, 2021
Sahibkarlarla birlikdə inşaat sahəsində fəaliyyət göstərən partnyorumuz “BMY Caspian” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
Bu gün partnyorlarımızla birgə “Café de Baku” restoranında "Business Breakfast" görüşümüz gərçəkləşdi. Sahibkarlar arasında tanışlıqlar oldu, eyni zamanda öz işləri haqqında məlumat verdilər. Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin nümayəndəsi Fariz bəy də iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.
Ətraflı
"S-ENNA" MMC, liftlərin və eskalatorların quraşdırılması ilə məşqul olan şirkət olaraq təsis edilmişdir. Yarandığı gündən şirkətimiz əsasən lift quraşdırılması ilə məşğul olmuşdur.Sonradan quraşdırma işləri ilə bərabər liftlərin,eskalatorların və digər qaldırıcı qurğuların idxalını həyata keçirməyə başlamışdır.
Ətraflı
"OKmedia" şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Hazırda ölkənin ən böyük müştəri portfelinə malik şirkətlərdən biri olaraq, 200-dən çox hüquqi şəxs və fərdi sahibkara xidmət göstərməkdəyik. Portfelin böyük qismini təkrar müştərilərimiz təşkil edir ki, bu da, göstərdiyimiz xidmət keyfiyyətinin dəyərini göz önünə çıxarır.
Ətraflı