“OKmedia” şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Hazırda ölkənin ən böyük müştəri portfelinə malik şirkətlərdən biri olaraq, 400-dən çox hüquqi şəxs və fərdi sahibkara xidmət göstərməkdəyik. Portfelin böyük qismini təkrar müştərilərimiz təşkil edir ki, bu da, göstərdiyimiz xidmət keyfiyyətinin dəyərini göz önünə çıxarır.

Daim innovativ həllər, dəqiq bazar araşdırma nəticələri və bazarda ən son texnologiyaları tətbiq etməyimiz, müştərilərimizin arzu etdiyindən də gözəl əl işləri meydana çıxmasına səbəb olur.

Sayt hazırlatma səbəbiniz istər satışları artırmaq olsun, istərsə də korporativ imicinizi möhkəmləndirmək, daha öncə araşdırılmış bazar nəticələri və data analitikasından istifadə etməyimiz sizi hədəfə doğru sürətli addımlarla aparacaq.

Bu gün artıq ən iri şirkətlərdən tutmuş, xırda sahibkarlıq obyektlərinə qədər milyonlarla müəssisənin saytı var. Sizcə bu qədər insan yanılmış ola bilərmi ?

İnternetin həyatımıza günlük davranışlarımızı dəyişəcək formada daxil olması, satışların və yeni müştəri qazanmağın da yeni üsulunu özü ilə gətirmiş oldu. Demək olar ki, hər kəsin internet istifadəçisi olması, sizin də müştərilərinizin burada olması deməkdir. Beləliklə, internet mühitində atdığınız hər doğru addım onları sizə yönləndirəcək. Bu doğru addımların isə ən başında peşəkar formada hazırlanmış veb sayt durur. Çünki saytınız sizin şirkət və ya xidmətinizin internetdə olan simasıdır.

«OKmedia» — satışlarınıza dəstək verəcək, yeni potensial müştərilər qazandıracaq, seçkin, məqsədə uyğun və müasir tələblərə cavab verən veb saytların yığılması xidməti göstərir. Veb saytların yığılmasını yüksək operativlikdə, münasib qiymətlərlə və üstün keyfiyyətdə təklif edirik !

Biz sayt hazırlayarkən “sadəcə sayt olsun” məqsədilə deyil, “biznesin böyüməsinə dəstək versin” məqsədilə hazırlayırıq. Beləliklə, sayt hazırlıqlarına başlayarkən müştərinin sektorunu, rəqibləriniz analiz edir, effektiv sayt strategiyası qurur və müştərinin sayt üçün xərclədiyi investisiyanın qısa zamanda geri dönüşünü planlaşdırırıq. Elə buna görədir ki, müştərilərimizin 42%-i təkrar və müştərilərimizin tövsiyə etdiyi müştərilərdir.

Rəqibləriniz internet mühitində olan müştərilərinizi əldə etmədən, dərhal sayt sifarişinə keçin. Veb sayt hazırlanması məsələləri ilə bağlı bizimlə əlaqə saxlayaraq ödənişsiz konsultasiya alın !

Ünvan: H.Əliyev pr. 115, Caspian Sport Plaza, “B” binası, 9-cu mərtəbə (Koroğlu m. yaxınlığında 5 saylı ASAN xidmətin arxası)

Telefon: +994 12 555 11 31

Mobil: +994 55 250 96 00

web: www.okmedia.az

e-mail: [email protected]

Facebook:  https://www.facebook.com/okmedia.az/

İnstagram: @okmedia.az