Ofis Ziyarəti “Armaad Group” – 14.12.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “ Armaad Group”da baş tutdu. Partnyorlarımız “Armaad Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Murad bəy tərəfindən məlumatlandırıldı. Belə ki, şirkətin rəhbəri Murad bəy həyata keçirdikləri tikinti layihələrindən məlumat verdi. Həmçinin sənaye ilə əlaqədar maşın və materialların istehsalçısı olub, Türkiyəni ən böyük markalarından olan Alarko, İzocam və xarici marka olan Ytong, Toshibanın rəsmi nümayəndəsi olduğunu bildirdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Pimapen
Netcond
İnes
Art idea
AAC
Smart Group
Elka Homes
MM Logistica
S-enna