Business Breakfast “Fisincan” –14.12.2021

MARSOL tərəfdaşları arasında növbəti “Business Breakfast” görüş “Fisincan” restoranında baş tutdu. Şirkətlər arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Görüşdə MARSOL partnyoru olan xanım sahibkarlar da iştirak edib. Bununla yanaşı Azərcell tərəfindən ən yaxşı sms şirkəti olaraq mükafatlandırılmış, partnyorumuz “Bimtek” şirkətinin rəhbəri Cenk bəyin təqdimatı gərçəkləşdi. Belə ki, Cenk bəy “Bimtek” şirkətinin Azərbaycanda həyata keçirtdiyi layihələrdən söz açdı və Türkiyədə “Figensoft” adı altında fəaliyyət göstərən ofislərinin də olduğunu qeyd etdi.
Bundan əlavə “Fisincan” restoranının baş meneceri Faiq bəy də öz növbəsində restoranın fəaliyyəti və göstərdiyi xidmətlər haqqında ətrafı məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Emlak.az
Shams group
Net Elektrik
D-İt
Bimtek
BF group
NewCond
Sarp Sytems
Baycan
Global Logistika
Qafqaz araşdırma
İnci
Lucky Office
Azprint
Dekoriza
DeltaTech
Top servis
LunchefCatering
Sona cake house
Seylab Su
My food
Şərq Motors
Prestij Kimya
Qanun Mühasibatlıq
Hanoğlu