Month

Sentyabr 2023
29 sentyabr tarixində “Bakı KOB evi”ndə növbəti təlimlər baş tutub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutan müxtəlif mövzularda təlimlər sahibkarların bir çox mövzuda maariflənməsinə vasitəçi olub. Standartlaşdırma fəaliyyəti, sertifikatlaşma və “Keyfiyyəti İdarəetmə Sistemi” İSO standartları ilə bağlı “QSCert” şirkətinin...
Ətraflı
2016-ci layihə planlaşdırma, layihə təchiz etmə və layihəyə nəzarət sahələrində müştərilərimizə ən yaxşı xidməti göstərmək üçün  elektrik, mexanika və satınalma sahəsində yüksək təcrübəsi olan mütəxəsislərlə  fəaliyyətə başlamışdır. Bu istiqamətdə elektrik və mexanika sahələrində mühəndislik xidmətləri ilə yanaşı mühəndislik materialları ilə təhciz olunmasını təklif edir. Qlobal brendlərin standartlarına uyğun məhsulların təklif olunmasını təmin etmək üçün lazımi...
Ətraflı
Partnyorlarımızla birlikdə bu gün ənənəvi olaraq ziyarət etdiyimiz sosial tərəfdaşımız “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində qonaq olduq. Mərkəzin ofisində partnyorlar öz şirkətləri haqqında məlumat verərək bir-birilərilə tanış oldular. Həmçinin, tanışlıq əsnasında birliyin sədri Aytən Eynalova partnyorları mərkəzin fəaliyyətləri haqqında məlumatlandırdı. Bununla yanaşı dövlət qurumlarından Kiçik və Orta...
Ətraflı
Növbəti ofis ziyarətimiz müxtəlif təhlükəsizlik sistemləri və ofis avadanlıqlarının satışı ilə məşğul olan “Araznet” şirkətində baş tutub. Partnyorlarımız çay süfrəsi ətrafında bir-birilərilə tanış olublar. Tanışlıq əsnasında şirkətin təsisçisi Surxay Ələkbərov məhsulların keyfiyyəti və fərqliliyi barədə partnyorları məlumatlandırıb. Həmçinin sahibkarlar bir-birilərilə biznes təcrübələrini bölüşmək və şirkətin fəaliyyətləri haqqında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Nəzərinizə çatdıraq...
Ətraflı
Bu gün “Ofis Ziyarəti” görüşü çərçivəsində partnyorlarımız “Superfon” şirkətində bir araya gəliblər. Sahibkarlar arasında baş tutan tanışlığın ardından şirkətin satış direktoru Anar Heydərov fəaliyyətləri və satış strategiyaları haqqında məlumat verib. Təqdimatın ardından sahibkarlar bir-birilərilə şirkət haqqında fikir mübadiləsi aparıblar. Nəzərinizə çatdıraq ki, 2008-ci ildə əsası qoyulmuş “Superfon” şirkətinin əsas fəaliyyət istiqaməti mobil telefon, aksesuar və...
Ətraflı
27 sentyabr tarixində müxtəlif bölgələrdə fəaliyyət göstərən KOB Dostları ilə onlayn görüş baş tutub. Görüş çərçivəsində KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə bir sıra məqamlara toxunulub. Bununla yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verilib. Görüşün davamında...
Ətraflı
Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüşlər davam edir. Bu dəfə görüşdə sahibkarlar bir-birilərilə tanış olaraq yeni potensial əməkdaşlıqlar kəşf etmək imkanı əldə ediblər. İştirakçılara Marsol Group-un gələcək fəaliyyətləri və”1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verilib. Bu mövzuda fikir mübadiləsi aparan Sahibkarlar səmimi mühit yaranmasına vasitəçi olublar. Həmçinin, təşkil etdiyimiz...
Ətraflı
Partnyorların bir-birilərilə mövcud əlaqələrini gücləndirməsinə vasitəçi olan “Ofis Ziyarəti” görüşündə bu dəfə “Best Bearings Company” şirkətini ziyarət etdik. Görüşdə bir araya gələn partnyorlar bir-birlərini tanımaq və biznesləri haqqında müzakirələr aparmaq fürsəti əldə ediblər. Ardından şirkətin təsisçisi və direktoru Rəhman Zeynalov uğurlarından və təcrübələrindən danışıb. Partnyorlar şirkət haqqında məlumat əldə etdikdən sonra bir-birilərilə fikir mübadiləsi aparıblar....
Ətraflı
“İşgüzar səhər yeməyi” çərçivəsində bu gün 30-a yaxın Marsol Group partnyoru “Qədim Qəbələ” restoranında bir araya gəlib. 27 Sentyabr “Anım Günü” ilə bağlı Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görüşdə iştirak edən “Şuşa fatehi”, “Xüsusi təyinatlıların Şəhid Ailələri, Qaziləri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə...
Ətraflı
Bu gün baş tutan növbəti ofis ziyarətində müxtəlif növ avtomobil mayelərinin satışı ilə məşğul olan “Muxtaroğlu VM” şirkətini ziyarət etdik. Görüş zamanı partnyorlar bir-birilərilə tanış olaraq əməkdaşlıq imkanlarını dəyərləndirdilər. Daha sonra şirkətin təsisçisi Vüqar Mehdiyev partnyorlarımıza fəaliyyətlərindən və məhsullarından danışdı. Bununla yanaşı partnyorlar iş dünyasındakı son yenilikləri müzakirə edib, fikir mübadiləsi apardılar. Görüşün sonunda onlar...
Ətraflı
1 2 3 6