KOB Dostları ilə onlayn görüş – 27.09.2023

27 sentyabr tarixində müxtəlif bölgələrdə fəaliyyət göstərən KOB Dostları ilə onlayn görüş baş tutub. Görüş çərçivəsində KOB Dostu”nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə bir sıra məqamlara toxunulub. Bununla yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verilib. Görüşün davamında Marsol Region-un rəhbəri Nəriman Cəfərli və Şimal bölgəsindəki layihələr üzrə koordinator Sərdar Qədirov regionda fəaliyyət göstərən sahibkarlarla paytaxt sahibkarları arasında netvörkinqin inkişafını təmin etmək məqsədilə görülən işlər və layihənin gedişatı haqqında məlumat verib.