Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüş – 27.09.2023

Marsol Group və Marsol Region partnyorları arasında onlayn görüşlər davam edir. Bu dəfə görüşdə sahibkarlar bir-birilərilə tanış olaraq yeni potensial əməkdaşlıqlar kəşf etmək imkanı əldə ediblər. İştirakçılara Marsol Group-un gələcək fəaliyyətləri və”1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” haqqında məlumat verilib. Bu mövzuda fikir mübadiləsi aparan Sahibkarlar səmimi mühit yaranmasına vasitəçi olublar. Həmçinin, təşkil etdiyimiz biznes turlar sayəsində tanış olmuş partnyorlar mövcud əlaqələrini gücləndirmək imkanı əldə ediblər. Bununla yanaşı onlayn görüşə Şimali Kiprdən partnyorumuz “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də qatılıb.Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq! Sahibkarlar bu tip şəbəkə tədbirləri vasitəsilə yeni iş imkanları və əməkdaşlıq potensiallarını kəşf edə bilərlər.