Ofis Ziyarəti “Best Bearings Company” – 27.09.2023

Partnyorların bir-birilərilə mövcud əlaqələrini gücləndirməsinə vasitəçi olan “Ofis Ziyarəti” görüşündə bu dəfə “Best Bearings Company” şirkətini ziyarət etdik. Görüşdə bir araya gələn partnyorlar bir-birlərini tanımaq və biznesləri haqqında müzakirələr aparmaq fürsəti əldə ediblər. Ardından şirkətin təsisçisi və direktoru Rəhman Zeynalov uğurlarından və təcrübələrindən danışıb. Partnyorlar şirkət haqqında məlumat əldə etdikdən sonra bir-birilərilə fikir mübadiləsi aparıblar.

Daha sonra Rəhman bəy partnyorları şirkətin anbarında yerləşən ağır və yüngül sənayedə istifadə olunan ehtiyat hissələri ilə yaxından tanış edib.

Nəzərinizə çatdıraq ki, “Best Bearings Company” 22 ildən artıqdır ki, Rusiya, Qazaxıstan, Almaniya, Amerika, Yaponiya, Çin və İtaliya bazarlarında diyircəkli yastıq, kəmər, kipkəc təchizatı sahəsində fəaliyyət göstərir. Şirkət 2019-cu ildən bəri Azərbaycanda rəsmi fəaliyyətə başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

AS STRETCH
Industrial Support and Training Services
Al Group
Helind
Grow Audit and Consulting
Sabiroğlu