İşgüzar Səhər Yeməyi “Qədim Qəbələ” – 27.09.2023

“İşgüzar səhər yeməyi” çərçivəsində bu gün 30-a yaxın Marsol Group partnyoru “Qədim Qəbələ” restoranında bir araya gəlib. 27 Sentyabr “Anım Günü” ilə bağlı Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görüşdə iştirak edən “Şuşa fatehi”, “Xüsusi təyinatlıların Şəhid Ailələri, Qaziləri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxış edib. Bəhruz bəy öz çıxışında qazilərin, şəhid ailələrinin və veteranların ictimai və sosial fəaliyyətinin inkişafına olan dəstəklərindən danışıb. Növbəti çıxış üçün söz birliyin üzvü Vahab Nəhmətova verilib. O, çıxışında müharibə zamanı xalqın milli bərabərliyini, mübarizliyini bütün dünyaya necə sübut etdirdiyini vurğulayıb.

44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşmüş, XTQ qazimiz Əkbər Məhərrəmov və Marsol Group-un əməkdaşı, müharibə veteranı Teymur Zeynalabdinov da çıxış edib.

Görüşün davamında əməkdaşlığı təşviq edən mühitdə partnyorlar bir-birilərilə tanış olub öz biznes təcrübələrini bölüşüblər.

Bununla yanaşı görüşdə 2023-2024-cü il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

Həmçinin, görüşdə iştirak edən “BHB Strategic & Creative Co.” şirkətinin rəhbəri Şaban Əsədlinin təqdimatı baş tutub. Şaban bəy Astara şəhərinin Qamışoba kəndində yerləşən istirahət kompleksi “Astalanya City” layihəsi haqqında təqdimat edib. Davamında, “Azure Business Center”də yerləşən bir neçə partnyorumuzun öz xidmətlərini təqdim etdiyi DƏB – Daşınmaz Əmlak Bazarı ilə yaxından tanış olduq.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

İştirak edən şirkətlər:

GST Company
Kovrolin.az
Amazon Travel
Şəms Tərcümə
Şərq-Qərb
Tekaz
Rövşənoğlu Holding
Osmanlı Group
Unicons
Z Glass
Express Services & Logistics
Maricel Astara Resort
Köynəkçi
S-Enna
BF Home
Rəmzioğlu Paxlava
Blum
Labor
AzEstetik Group
Chardaq Concept
BHB Strategic & Creative Co.
Greenwood
CanAz Group
Tufan Agro
Texno Gallery