Ofis Ziyarəti “Superfon” – 28.09.2023

Bu gün “Ofis Ziyarəti” görüşü çərçivəsində partnyorlarımız “Superfon” şirkətində bir araya gəliblər. Sahibkarlar arasında baş tutan tanışlığın ardından şirkətin satış direktoru Anar Heydərov fəaliyyətləri və satış strategiyaları haqqında məlumat verib. Təqdimatın ardından sahibkarlar bir-birilərilə şirkət haqqında fikir mübadiləsi aparıblar.

Nəzərinizə çatdıraq ki, 2008-ci ildə əsası qoyulmuş “Superfon” şirkətinin əsas fəaliyyət istiqaməti mobil telefon, aksesuar və ehtiyat hissələrinin və kiçik məişət texnikalarının Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Beynəlxalq Təhsil Mərkəzi
L-Sim
ThinkWise Business Consulting
Halal-P
World Karyera və Peşə Mərkəzi
“Meqa Həyat Sığorta” ASC
Bakcell
One Smart Star