Ofis Ziyarəti “Araznet” – 28.09.2023

Növbəti ofis ziyarətimiz müxtəlif təhlükəsizlik sistemləri və ofis avadanlıqlarının satışı ilə məşğul olan “Araznet” şirkətində baş tutub. Partnyorlarımız çay süfrəsi ətrafında bir-birilərilə tanış olublar. Tanışlıq əsnasında şirkətin təsisçisi Surxay Ələkbərov məhsulların keyfiyyəti və fərqliliyi barədə partnyorları məlumatlandırıb. Həmçinin sahibkarlar bir-birilərilə biznes təcrübələrini bölüşmək və şirkətin fəaliyyətləri haqqında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Nəzərinizə çatdıraq ki, fəaliyyət dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş “Araznet” şirkəti nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya və bu kimi müxtəlif təhlükəsizlik sistemlərinin satışı və servisi ilə məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Minor Business Club
ArchiCO Academy
EMAZ
Mediazadə
ATO Slim
Sumqayıt Ticarət Mərkəzi
Kapital Bank
Abşeron Logistika Mərkəzi
Globus Travel
Master Tools
Bimtek