Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 29.09.2023

Partnyorlarımızla birlikdə bu gün ənənəvi olaraq ziyarət etdiyimiz sosial tərəfdaşımız “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində qonaq olduq. Mərkəzin ofisində partnyorlar öz şirkətləri haqqında məlumat verərək bir-birilərilə tanış oldular. Həmçinin, tanışlıq əsnasında birliyin sədri Aytən Eynalova partnyorları mərkəzin fəaliyyətləri haqqında məlumatlandırdı.

Bununla yanaşı dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov da görüşdə iştirak edərək partnyorlarımızla həmsöhbət oldu.

Görüşün davamında uşaqlar üçün müxtəlif fəaliyyətlərin və dərslərin gerçəkləşdirildiyi zal və otaqlarla tanış olduq. Ardından mərkəzin nəzdində autimzmli uşaqların fəaliyyət göstərdiyi “Kashalata” kafesini ziyarət etdik. Kafedə uşaqların xoş musiqili şousu nümayiş etdirildi. Ən sonda görüşdən məmnun qalan partnyorlarımız autizmli uşaqlara göstərilən xidmətlərin əhəmiyyəti barədə fikir mübadiləsi apardılar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Tekaz
Edde Global
KOBİA – KOB Dostu
Sis Collection
Laser Service
Formag Baku
Kila Group
Omnitech