Təlim “Bakı KOB evi” – 29.09.2023

29 sentyabr tarixində “Bakı KOB evi”ndə növbəti təlimlər baş tutub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutan müxtəlif mövzularda təlimlər sahibkarların bir çox mövzuda maariflənməsinə vasitəçi olub. Standartlaşdırma fəaliyyəti, sertifikatlaşma və “Keyfiyyəti İdarəetmə Sistemi” İSO standartları ilə bağlı “QSCert” şirkətinin təsisçisi Teymur Muradovun təqdimatı baş tutub. Sahibkarlar məhsul və xidmətlərin təhlükəsizliyi, etibarlılığı və keyfiyyətinin qarantı olan standart haqqında maarifləniblər.

Təlimin növbəti hissəsində “Arbitro” şirkətinin korporativ hüqüq şöbəsinin müdiri Mətin Mirkazımlı çıxış edib. Mətin bəyin “Cinayət prosesində iştirak zamanı sahibkarların hüquqları və vəzifələri”, “Dələduzluq cinayətindən müdafiə strategiyaları” mövzusunda baş tutan təlimində sahibkarlar müəyyən problemlərin həlli yolları ilə bağlı məlumat əldə ediblər. Həmçinin sahibkarların mövzu çərçivəsində verdikləri suallar cavablandırılıb.

Görüşün sonunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sirab
DİT
Sultanoglu Bearing
Kral Rent a Car
N-Advert
Brain of Construction
NURLU Perfume Lab
Allplast
Kapital Bank
BF Group
Naxish.az
Billur Hotel Amenities
Arsi Group
Roland
Fratelli
Logitrans
İnkdustry