8 sentyabr tarixində “Marsol Group” və “Outsite” tərəfindən Qax rayonunda sahibkarlar üçün təşkil edilən kampın birinci gününün unudulmaz təəssüratlarını bölüşmək istəyirik. Azərbaycanın tarixi və təbii gözəlliklərindən biri olan Qax rayonunda Marsol Group partnyorları və regionda fəaliyyət göstərən sahibkarlarla bir araya gələrək füsunkar təbiətin abu-havasında planlaşdırdığımız fəaliyyətləri həyata keçirməyə başladıq. Qaşqaçay kəndində yerləşən “Buzbulaq İstirahət Mərkəzi”ndə...Ətraflı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Marsol Group-un təsisçisi Tural Mustafayev “Azani tekstil” fabrikini ziyarət ediblər. Müəssisənin istehsal sahəsi ilə yaxından tanışlıq olub, inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair “Azani tekstil” fabrikinin təsisçisi Afət Məmmədovla fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Marsol Group partnyoru olan “Azani tekstil” 2000-ci...Ətraflı
9 sentyabr tarixində Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Marsol Group partnyoru olan xanım sahibkarlar “Praktik Satış” təliminə qatılıblar. Təlim çərçivəsində praktiki davranış qaydaları, müxtəlif satış strategiyalarının və marketinq anlayışlarının tətbiqi yolları haqqında yararlı müzakirələr aparılıb. Xanım sahibkarlar fəal şəkildə iştirak edərək mövzu haqqında maraqlı gələn sualları təqdim ediblər. Görüşün sonunda təlimdə iştirak edən...Ətraflı
Bugün “Özsüt” restoranında partnyorlarımızın iştirakı ilə “Business Breakfast” görüşümüz baş tutub. Müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar bir-birilərilə tanış olublar. Görüş çərçivəsində “Marsol Group”un gələcək fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verilib. Yeni iş fürsətlərini qiymətləndirmək məqsədilə sahibkarlar öz biznes təcrübələrini bölüşərək əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Tanışlıqdan sonra 2023-2024-cü il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim...Ətraflı
Bugün partnyorlarımızın iştirakı ilə “SCZ” şirkətinin ofisində bir araya gəldik. “SCZ”nin rəhbəri Ziya Özdəmir bəy bizləri çay süfrəsi ətrafında qonaq edərək şirkətin təklif etdiyi xidmətlərlə tanış etdi. Partnyorlarımız bir-birilərilə şirkət haqqında fikir mübadiləsi apardılar. Daha sonra şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu. Həmçinin görüşdə sahibkarlar müəssisənin istehsalat bölməsində metal kəsim avadanlıqlarının iş prosesi ilə yaxından...Ətraflı
Marsol Group partnyorları 6 sentyabr tarixində”Axşam ziyafəti” və “Mafia” oyununda bir araya gəliblər. “La Liga Lounge Center”də baş tutan oyunda fəal iştirak edən partnyorlar bir-birilərilə biznes təcrübələrini bölüşmək imkanı əldə ediblər. Həmçinin, yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, rəqabət dolu oyunun ardından Marsol Group fəaliyyətləri haqqında fikir mübadiləsi aparıblar. Görüşdən fotoları sizlərlə bölüşürük… İştirak edən...Ətraflı
Marsol Group və Marsol Region partnyorları arasında növbəti onlayn görüş baş tutub. Regionda fəaliyyət göstərən sahibkarlarla paytaxt sahibkarları arasında netvörkinqin inkişafını təmin etmək məqsədilə tanışlıqlar və B2B müzakirələr olub. Həmçinin, təşkil etdiyimiz biznes turlar sayəsində tanış olmuş partnyorlar mövcud əlaqələrini gücləndirmək imkanı əldə ediblər. Netvörkinqin regional bölgələrdə inkişaf etdirilməsi istiqamətində önəmli bir addım olan onlayn...Ətraflı
Bu dəfə partnyorlarımızı “İST Services” şirkətinin ofisində bir araya gətirdik. “Ofis Ziyarəti” görüşü çərçivəsində şirkətin təsisçisi və direktoru Orxan Xəlilzadə təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımızı fəaliyyətləri haqqında məlumatlandırıb. Görüş zamanı sahibkarlar öz bizneslərini təqdim edərək yeni əməkdaşlıqları təşviq edən mühit yaradıblar. Onlar həmçinin, şirkətin fəaliyyət sahəsi olan sənaye müəssisələri əməkdaşları üçün təşkil olunmuş təlimlər...Ətraflı
Bugünkü növbəti ofis ziyarətimiz “Estet” şirkətində baş tutub. İştirak edən şirkətlər arasında yeni tanışlıqlar yaranması məqsədilə təşkil etdiyimiz görüşdə şirkətin rəhbəri Elşən Həsənov və kommersiya direktoru Anar Yusubov bizlərə çay süfrəsi ətrafında fəaliyyətləri haqqında məlumat verib. Onlar yanğın siqnalizasiya və sulu söndürmə sistemləri, havalandırma sistemləri haqqında danışıblar. Bununla yanaşı partnyorların şirkət haqqında verdikləri suallarını cavablandırıblar....Ətraflı
Bugün partnyorlarımızla birlikdə 2022-2023 Marsol Group sponsoru olan “Silo Construction” şirkətinin ofisini ziyarət etdik. Görüş çərçivəsində şirkətin rəhbəri Emin Fərəcov partnyorlarımızı çay süfrəsinə dəvət edib. Emin bəy bitki məhsullarının emalı və saxlanması ilə məşğul olan müəssisələrin layihələndirilməsi, tikintisi haqqında söhbət açaraq şirkətin fəaliyyət sahəsini partnyorlarımıza tanıdıb. Həmçinin, şirkətin Marsol Group-la birgə əməkdaşlığı haqqında mövzulara toxunulub....Ətraflı