Month

İyul 2022
Bu gün partnyorlarımızla “Novator HRC” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Şirkətin rəhbəri Rəşad bəy fəaliyyətləri və idxal etdikləri məhsullar haqqında geniş məlumat verdi. Sonda isə, partnyorlarımızla birgə şourumu gəzərək məhsullara yaxından baxış keçirmək imkanımız oldu.
Ətraflı
Bu gün MARSOL partnyorlarının iştirakı ilə “La Terrace” restoranında “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Səhər yeməyi masası ətrafında baş tutan görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib, yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə ediblər.
Ətraflı
Bu gün partnyorlarımızla MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “AzEstetik Group”da qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Partnyorlarımız “AzEstetik Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Fariz bəy tərəfindən məlumatlandırıldı.
Ətraflı
Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Vitam” reklam şirkətində baş tutdu. Ənənəvi olaraq “Ofis Ziyarətində” iştirak edən sahibkarlar bir-birləri ilə tanış olublar. Daha sonra şirkətin rəhbəri Tehran bəy fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verdi. Belə ki, VİTAM Reklam Şirkəti 2004-cü ildən fəaliyyət göstərir və...
Ətraflı
15 iyul “DineHall” restoranında xanım sahibkarların iştirakı ilə işgüzar münasibətlərin yaradılması və inkişafı üçün təşkil etdiyimiz növbəti “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Tədbirdə partnyorlarımız sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verib və tanışlıqlar olub.
Ətraflı
Bu dəfə partnyorumuz “MSDIS Holding”dən müsahibə aldıq. Müsahibimiz, “MSDIS Holding”in icraçı direktoru Şövkət xanım fəaliyyətləri və “MARSOL”la əməkdaşlıqları haqqında danışdı.
Ətraflı
“MARSOL” partnyorları arasında netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə növbəti “Business Breakfast” görüşü “Kolorit” restoranında baş tutub. Partnyorlarımız və qonaq qismində iştirak edən sahibkarlar arasında tanışlıqlar oldu və şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
13 iyul “La Liga Lounge Center”də  sosial fəaliyyətlərimizə daxil olan növbəti “Mafia”oyunu və axşam ziyafəti baş tutub. Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. “MARSOL” tərəfdaşlarının xoş zaman keçirməsinə istiqamətlənmiş “Mafia”oyunu netvorkinq və dostluq əlaqələrinin gücləndirilməsinə də şərait yaradır. Partnyorlarımız fərqli stratejik oyun sergilədilər və maraqlı axşam keçirdiklərini bildirdilər.
Ətraflı
Bu gün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis və istehsalat ziyarətimiz” partnyorumuz “Qayo Group”da baş tutdu. İlk öncə şirkətin direktoru Vüqar bəy məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Belə ki, Vüqar bəy dövlət əmtəə nişanlı, laboratoriyadan keçmiş, sertifikatlaşdırılmış kompozit vərulon tipli plastik boru və kabel məhsullarının istehsalı prossesində iştirakımıza şərait yaratdı,...
Ətraflı
Bu gün partnyorlarımızla “Unilegal Consulting” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
1 2 3