Business Breakfast “La Terrace” & Ofis Ziyarəti “AzRT MMC” – 20.07.2022

Bu gün MARSOL partnyorlarının iştirakı ilə “La Terrace” restoranında “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Səhər yeməyi masası ətrafında baş tutan görüşdə iştirak edən şirkətlər biznesləri haqqında məlumat verib, yeni tanışlıqlar, səmimi ünsiyyətlər və biznesə dair məsələlər müzakirə ediblər.

Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin nümayəndəsi Elgün bəy də iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.

Görüşdə İqtisadi Resusların Öyrənilməsi Mərkəzinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev iştirak edib. Ruslan bəy partnyorlarımızı “İslam Bankçılığı məhsullarından nəyi tətbiq edə bilərik?” mövzusunda məlumatlandırdı və sahibkarları maraqlandıran sualları cavablandırdı.

Baş tutan “Business Breakfast və B2B” görüşümüzün sonunda partnyorlarımızla birgə Azərbaycanın IT və POS bazarında aparıcı IT şirkətlərindən biri olan “AzRT MMC”də qonaq olduq. Şirkətin rəhbəri Rəhim bəy partnyorlarımızı ofislə və məhsullarla yaxından tanış etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mart Group
Lucky Office Support
Grow Audit
Elar Park
Qayo Group
AzRT
Sabiroğlu
All Plast
Euroglass Art
Mibella
Arter
AK Piping
Smart Enerji
Atek Uniform
One Smart Star
Hafele
Acıbadəm
Marry Me
Avtotəmir.az
Best Tech
Red Academy
Qurban.az
BF Home
UNEC
Outsite
Təcrübə və Təqaüd Proqramları
Fins.az
Dekoriza
Express Logistika
Kovrolin.az
Əmlak.az
KOBİA