Ofis Ziyarəti “AzEstetik Group” – 19.07.2022

Bu gün partnyorlarımızla MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “AzEstetik Group”da qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Partnyorlarımız “AzEstetik Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Fariz bəy tərəfindən məlumatlandırıldı.

Fariz bəy “AzEstetik Group” olaraq Stomotoloji cihazların, Kosmetoloji avadanlıqların satışı, Kosmetoloji tədris və digər estetik xidmətlər, həmçinin Azərbaycanın №1 Dental laboratoriyasının fəaliyyəti ilə məşğul olduqlarını qeyd etdi. Həmçinin Fariz bəy sahibkarlarla birgə şourumu gəzərək məhsullar haqqında məlumat verdi və partnyorlarımızı ofis daxilində həyata keçirilən xidmətlərlə yaxından tanış etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Adelina
Zərif İnterior
FFF+N
SME
Nastep
Billur
Azprint
İşartı
Destec Group
Sarr Logistika
Kovrolin.az
Azestetik
Orvita psixologiya mərkəzi