Ofis Ziyarəti “Vitam” – 15.07.2022

Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Vitam” reklam şirkətində baş tutdu. Ənənəvi olaraq “Ofis Ziyarətində” iştirak edən sahibkarlar bir-birləri ilə tanış olublar.

Daha sonra şirkətin rəhbəri Tehran bəy fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verdi. Belə ki, VİTAM Reklam Şirkəti 2004-cü ildən fəaliyyət göstərir və müştərilərə reklam xidmətləri təklif edir ki, buraya vitrin stendləri, sərgi stendləri, çöl reklamları, geniş formatlı çaplar, yönləndirmələr, dizayn və layihələndirmə xidmətləri daxildir.Tehran bəy şirkətin Amerikada da filialı olduğunu qeyd etdi.

Bununla yanaşı Tehran bəy xüsusi maraq göstərdiyi çay kolleksiyasından bəhs etdi və partnyorlarımızı çay süfrəsində qonaq etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Saloni
Baycan
Omnitech
Xalq Həyat
Garanti Group
Greenwood
Zərif Zərgər