Business Breakfast “DineHall” – 15.07.2022

15 iyul “DineHall” restoranında xanım sahibkarların iştirakı ilə işgüzar münasibətlərin yaradılması və inkişafı üçün təşkil etdiyimiz növbəti “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Tədbirdə partnyorlarımız sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verib və tanışlıqlar olub.

Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və qeyd etdi ki, Sahibkarlığın İnkişafı Fondu sahibkarlara 5 faizli güzəştli kreditlər təklif edir. Cari ilin iyun ayınadək 53,9 mln güzəştli kredit vəsaiti verilmişdir. Bu vəsaitin 2,4 mln qadın sahibkarlara ayrılmışdır. Kreditlər Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələrin maliyyələşdirilməsinə verilir. Bundan əlavə Selcan xanım kredit verilən sahələri qeyd etdi ki, bunlara qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal, emal yönümlü, turizmin inkişafı, logistika, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal, emal yönümlü, kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi və s. aiddir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sofistico
Voice agency
Karvan-L
İnnes
Eurodoor
Seylab su
Arion Otel
Zamex
Envix print
Qurban.az
GreenMed
Cleverest academy
Təndir-Məndir
Prochem
SİF
Azfinance
Avtometal
Texnogallery
Caspian Energy Group
Kartpak