Ofis Ziyarəti “Unilegal Consulting” – 08.07.2022

Bu gün partnyorlarımızla “Unilegal Consulting” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Şirkətin rəhbərləri Tofiq Hacıyev və Rövşən İbrahimov şirkətin fəaliyyət istiqamətlərindən partnyorlarımıza bəhs etdi. Belə ki, Tofiq bəy “Unilegal Consulting” şirkətinin əsas fəaliyyət prinsipinin vergi, mühasibatlıq, maliyyə xidmətləri, əmək və işəgötürmə hüquqları, kadr işinin təşkili, sənədlərin auditi, qanunla tələb olunan bütün fəaliyyət növləri üzrə lisenziyaların və əmtəə nişanlarının alınması və s. ibarət olduğunu, bu xidmətlərin müştərilərə çoxillik təcrübəyə malik mütəxəssislər tərəfindən verildiyini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Elar Park

Caspian Clima

BF Group

Əmlak.az

Vitam

Formag

Azestetik

Unilegal