Month

İyul 2022
13 iyul “La Liga Lounge Center”də  sosial fəaliyyətlərimizə daxil olan növbəti “Mafia”oyunu və axşam ziyafəti baş tutub. Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. “MARSOL” tərəfdaşlarının xoş zaman keçirməsinə istiqamətlənmiş “Mafia”oyunu netvorkinq və dostluq əlaqələrinin gücləndirilməsinə də şərait yaradır. Partnyorlarımız fərqli stratejik oyun sergilədilər və maraqlı axşam keçirdiklərini bildirdilər.
Ətraflı
Bu gün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis və istehsalat ziyarətimiz” partnyorumuz “Qayo Group”da baş tutdu. İlk öncə şirkətin direktoru Vüqar bəy məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Belə ki, Vüqar bəy dövlət əmtəə nişanlı, laboratoriyadan keçmiş, sertifikatlaşdırılmış kompozit vərulon tipli plastik boru və kabel məhsullarının istehsalı prossesində iştirakımıza şərait yaratdı,...
Ətraflı
Compar Academy proqramlaşdırma, qrafik dizayn, veb dizayn, Microsoft Office, interyer dizayn kimi yüksək kompüter ixtisasları üzrə peşəkarlaşmış tədris mərkəzidir.Akademiyanın əsas məqsədi və missiyası tədrisini etdiyi sahələrə marağı və həvəsi olan insanlara motivasiya vermək, onları düzgün istiqamətləndirmək, verdiyi təhsillə gələcəklərinə müsbət təsir göstərmək və Azərbaycanda proqramlaşdırma və dizayn sahəsində bilikli və bacarıqlı gənclər yetişdirməkdir.İş və gündəlik...
Ətraflı
Bu gün partnyorlarımızla “Unilegal Consulting” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, partnyorumuz “Shane English School”un Azərbaycan üzrə təsisçi və direktoru Jalə xanım oldu.
Ətraflı
Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Flitstok” şirkətində baş tutdu.
Ətraflı
Bu gün “DineHall” restoranında Marsol partnyorlarının iştirakı ilə növbəti “Business Breakfast” görüşü keçirildi. Partnyorlarımız və qonaqlarımız arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı. Görüşlərdə partnyorlarımızın maarifləndirilməsi məqsədi ilə təlim xarakterli...
Ətraflı
Bu gün dünya şöhrətli şirkətlərin istehsal etdiyi izolyasiya materiallarının respublikaya idxalını və daxili bazarda satışını həyata keçirən “Caspian Energy Group” şirkətində “Ofis ziyarətimiz” baş tutdu. Partnyorlarımızın bir-birilərlə yaxından tanış olması, netvorkinq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə həyata keçirdiyimiz ofis ziyarətində şirkətin rəhbəri Natiq bəy sahibkarlarla birgə şourumu gəzərək istehsal olunan izolyasiya və inşaat məhsulları...
Ətraflı
Karyera və İşə Hazırlıq Mərkəzi 9 Noyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz bir müddət “Təcrübə və Təqaüd Proqramları” brendi ilə fəaliyyətini davam etdirib. Karyera və İşə Hazırlıq Mərkəzi təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Ölkəmizdə ilk və rəqibsiz fəaliyyət göstərən layihənin məqsədi tələbə-gənclərin fərdi inkişafına, təcrübəli mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır. Proqram həmçinin müəssisələrin kadr potensialını zənginləşdirməkdən,...
Ətraflı
Bugün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis ziyarətimiz” plastik və alüminium qabların, kağız və plastik stəkanların, fast food, tibbi və təmizlik məhsullarının, streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı ilə məşğul olan partnyorumuz “Fostanpak” şirkətində baş tutdu. Şirkətin rəhbəri Səbuhi bəy bizi çay süfrəsində qonaq etdi. İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında...
Ətraflı
1 2 3 4