Business Breakfast “DineHall” – 07.07.2022

Bu gün “DineHall” restoranında Marsol partnyorlarının iştirakı ilə növbəti “Business Breakfast” görüşü keçirildi. Partnyorlarımız və qonaqlarımız arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz fəaliyyət istiqamətləri haqqında məlumat verdi.

Görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.

Görüşlərdə partnyorlarımızın maarifləndirilməsi məqsədi ilə təlim xarakterli təqdimatlar təşkil olunur. Bu günün mövzusu “Meslehetci.az” şirkətinin rəhbəri Abbas bəyin təqdimatında “ƏDV 27%” haqqında oldu. Abbas bəy mövzu haqqında ətraflı məlumat verdi və sahibkarları maraqlandıran sualları cavablandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

SR Broker
Office Pro
Euroglass Art
Marcom
Logitrans
ERZ Mebel
Humel
Kirs
DMA
Proav
Kovrolin.az
S-Enna
Asstrech
Consist