Ofis Ziyarəti “Flitstok” – 07.07.2022

Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Flitstok” şirkətində baş tutdu. Ənənəvi olaraq “Ofis Ziyarətində” iştirak edən sahibkarlar bir-birləri ilə tanış olublar. Daha sonra şirkətin rəhbəri Emin bəy fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verdi. Belə ki, “Flitstok” şirkəti 1999-cu ildən fəaliyyət göstərir və 40-dan çox brendin, xüsusi ilə yağ, yanacaq, hava, separator, hidravlika filtrləri, müxtəlif sürtgü yağları, kimyəvi əlavələr, mobil və stasionar kompressorlar, generator, ölçü cihazları, akkumulyator batareyaları, kəmərlər və s. distributorudur. Bununla yanaşı Emin bəy mühəndis-layihələndirmə işləri, texniki audit və həlləri, HACCP (Risk və kritik nöqtələrin təhlili) sisteminin qurulması, maye və təbii qaz sistemlərinin mühərriklərə quraşdırılması və s. xidmətlərinin olduğunu da qeyd etdi, bu sahədə olan təcrübələrini bölüşdü və istehsal prossesində texniki auditin vacibliyini vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Baykon
Biofood
All Plast
Asstrech
Baku Spirit
Crispa
VİEN group
Rasmar
Ak piping
Abşeron Logistika