Ofis Ziyarəti “Fostanpak” – 05.07.2022

Bugün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis ziyarətimiz” plastik və alüminium qabların, kağız və plastik stəkanların, fast food, tibbi və təmizlik məhsullarının, streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı ilə məşğul olan partnyorumuz “Fostanpak” şirkətində baş tutdu. Şirkətin rəhbəri Səbuhi bəy bizi çay süfrəsində qonaq etdi.

İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra Səbuhi bəy şirkətin fəaliyyəti və məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Sonda isə, partnyorlarımıza şirkətin məhsullarından təqdim  etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Red Academy
Concept Catering
Fleetstook
Həkim Baba
Nastep
Omnitech
Envix Print
Hanoğlu
Top Marketlər
Ok Media
Shane English School
GV Estetik