Business Breakfast “Kolorit” – 01.07.2022

Bu gün biznes əlaqələrinin qurulması məqsədi ilə MARSOL partnyorları arasında növbəti “Business Breakfast” görüşü  “Kolorit” restoranında baş tutdu. Partnyorlarımız və qonaq qismində iştirak edən sahibkarlar arasında tanışlıqlar oldu və şirkətləri haqqında məlumat verdilər.

Görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O, da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı.

Növbəti çıxış üçün söz “Kapital Bank” Kiçik və Orta Sahibkarlarla iş Departamenti, Alternativ satış kanalları şöbəsinin meneceri Vüsal bəyə verildi. Vüsal bəy “Maliyyələşmə” mövzusunda ətraflı məlumat verdi və partnyorlarımızı maraqlandıran sualları cavabladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Rota group
Kapital bank
İmmotion Trading
Gens Electric
MVC Group
Feram
Greenwood
DMA
Kolorit
Caspian Energy Group
Unilift
Məsləhətçi.az
Çınqıllı Bulaq
Unical Texnika
Global in Group
BHB
Stand Pro
Birgə İnvest
Şərq Motors
Abşeron Tikinti Bazarı
Azestetik
Saat store