Sosial Fəaliyyət (Mafia) – 13.07.2022

13 iyul “La Liga Lounge Center”də  sosial fəaliyyətlərimizə daxil olan növbəti “Mafia”oyunu və axşam ziyafəti baş tutub. Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar.

“MARSOL” tərəfdaşlarının xoş zaman keçirməsinə istiqamətlənmiş “Mafia”oyunu netvorkinq və dostluq əlaqələrinin gücləndirilməsinə də şərait yaradır. Partnyorlarımız fərqli stratejik oyun sergilədilər və maraqlı axşam keçirdiklərini bildirdilər.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Marry me
Natura inşaat
Pak xalça
ART İnsaat
Saloni mebel
Zerif
BSC
SG logistika
Gəncə təndir
Oksi group
N- advert