Category

Xəbərlər
Onlayn görüş çərçivəsində fevralın 21-i Marsol Region və Marsol Group partnyorları yenidən bir araya gəlib. Bölgələrimizdəki sahibkarların bu kimi görüşlərdə iştirak edərək biznes təcrübələrini bölüşməsi, eləcə də iştirakçılarla biznes yönümlü müzakirələrdə həmsöhbət olması netvörkinqin inkişafı baxımından əhəmiyyətlidir. Bu məqsədlə təşkil etdiyimiz onlayn görüşdə sahibkarlar B2B müzakirələrdən əlavə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi...
Ətraflı
Fevralın 21-i partnyorlarla birlikdə “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət etdik. Birgə və Sağlam İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqların və böyüklərin sosial bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər və tədris proqramı təşkil edir. Məhz bu mövzuda Birliyin sədri Aytən Eynalova Autizmli gənclərin xidmət göstərdiyi “Kashalata” kafesində baş tutan səhər yeməyi çərçivəsində...
Ətraflı
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin iştirakçıları üçün bu dəfə sosial fəaliyyət çərçivəsində Boulinq oyunu təşkil olunub. Fevralın 20-si “Gənclik Mall”da fəaliyyət göstərən partnyorumuz “Ontop Bowling”də baş tutan boulinq yarışmasından maraqlı anları sizlərlə bölüşürük.. Başlanğıcda yarışmanın sakit keçməsinə baxmayaraq, sonraki mərhələlərdə gərgin mübarizə şəraitində oyun davam edib. İştirak edən bütün xanım sahibkarlara təşəkkür edir, fəaliyyətlərində uğurlar...
Ətraflı
20 fevral tarixində növbəti fəaliyyətimiz ofis ziyarəti çərçivəsində “ERZ Ofis Mebelləri”ndə baş tutub.Təşkil olunan çay süfrəsi ətrafında iştirakçılar öz şirkətləri haqqında məlumat veriblər. Tanışlıq zamanı sahibkarlar yeni B2B imkanları araşdırmaq və əməkdaşlıqlarla bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Bununla yanaşı, partnyorlarımız “ERZ Ofis Mebelləri”nin həmtəsisçiləri Zaur Hüseynov, Elçin Rüstəmov və Rəşad Babayevlə həmsöhbət olub....
Ətraflı
“İşgüzar Səhər Yeməyi” çərçivəsində Marsol Group partnyorları yenidən bir arada! Fevralın 20-si baş tutan görüş çərçivəsində 40-a yaxın sahibkarı “Restore” restoranına dəvət etdik. Fərqli sektorlarda fəaliyyət göstərən sahibkarların təqdimatı çərçivəsində əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinə və yeni əlaqələrin qurulmasına imkan yarandı. Bununla yanaşı, Marsol Group-un rəsmi tərəfdaşı olan “Kapital Bank”ın təqdimatı baş tutdu. Təqdimat, “Bank məhsulları və...
Ətraflı
Ofis ziyarəti çərçivəsində fevralın 16-sı yaradıcı film şirkəti olan “Jet Cinema”da qonaq olduq. Burada təşkil olunan çay süfrəsi ətrafında “Jet Cinema”nın təsisçisi və direktoru Vasif Muradbəylinin təqdimatı zamanı çəkiliş və montaj üsulları, şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verildi. Sahibkarlar bu zaman şirkətin yaratdığı keyfiyyətli reklam filmlərinin videonümunələrini izləyərək öz təəssüratlarını bildirdilər. Daha sonra...
Ətraflı
Fevralın 16-sı “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində müxtəlif bölgələrimizdə arıçılıq sahəsində fəaliyyət göstərən Marsol Region partnyorları və sahibkarlarla onlayn görüş baş tutub. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev, Dövlət Məşğulluq Agentliyinin layihələr şöbəsinin müdiri Taleh Hüseynli və...
Ətraflı
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin tədbirləri davam edir. Xanımların peşəkar inkişafına, sahibkarlıq düşüncəsini inkişaf etdirməsinə və maariflənməsi üçün təşkil olunan layihə çərçivəsində fevralın 15-i “İşgüzar Səhər Yeməyi” baş tutub. “MADO” restoranında B2B mühitdə bir araya gələn xanım sahibkarların biznesləri ilə bağlı bir sıra təqdimatlar olub yeni əməkdaşlıqlara zəmin yaranıb. Görüşün əvvəlində İş adamları Cəmiyyətinin Milli...
Ətraflı
Müasir iş dünyasında güclü biznes şəbəkəsinə malik olmaq uğur üçün vacib amildir. Bu məqsədlə təşkil etdiyimiz görüşlərlə Marsol Group partnyorları ilə yanaşı regionda fəaliyyət göstərən sahibkarların yerli bazarda daha yaxşı mövqe qazanmasına, regionda netvörkinqin inkişafına və dəstəklənməsinə imkan yaradırıq. Fevralın 14-ü təşkil etdiyimiz onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə Marsol Group partnyorlarını bir araya...
Ətraflı
14 fevral tarixində Marsol Group partnyorları yenidən dəyirmi masa ətrafında B2B görüş çərçivəsində bir araya gəlib. İnkişaf edən biznes mühitində potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində müzakirələr baş tutub həmçinin sahibkarların fəaliyyətlərimizlə bağlı təklif və rəyləri dinlənilib. Görüşün davamında isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində...
Ətraflı
1 59 60 61 62 63 178

This will close in 0 seconds