Müasir iş dünyasında güclü biznes şəbəkəsinə malik olmaq uğur üçün vacib amildir. Bu məqsədlə təşkil etdiyimiz görüşlərlə Marsol Group partnyorları ilə yanaşı regionda fəaliyyət göstərən sahibkarların yerli bazarda daha yaxşı mövqe qazanmasına, regionda netvörkinqin inkişafına və dəstəklənməsinə imkan yaradırıq.

Fevralın 14-ü təşkil etdiyimiz onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə Marsol Group partnyorlarını bir araya gətirdik. Görüş çərçivəsində sahibkarlar arasında bir sıra biznes müzakirələri oldu. 

Dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva ilə sahibkarlarımız arasında B2G formatında dialoqlar baş tutdu. İştirakçılara Fondun fəaliyyət istiqaməti və regionlar üzrə biznes layihələri haqqında məlumat verildi.

Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşə qatılaraq şirkətin fəaliyyətləri haqqında təqdimat etdi.

Bununla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndəsi və “A-Sera Asia” şirkətinin təsisçisi Elvin Ali də görüşdə iştirak etdi. Elvin bəy şirkətin fəaliyyətləri haqqında məlumat verib sahibkarlarımızla tanış olmaq imkanı əldə etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi
CELT COLLEGES
Elektro Mall
Termoplast
Natural Meat
Wotmax Estate
Azpover
OKmedia
Sahibkarlığın İnkişafı Fondu
Arenol Group
Muradlı-M
EDDE Global
Acıbadem Healthcare Group
A-Sera Asia