Dəyirmi masa ətrafında B2B görüş – 14.02.2024

14 fevral tarixində Marsol Group partnyorları yenidən dəyirmi masa ətrafında B2B görüş çərçivəsində bir araya gəlib.

İnkişaf edən biznes mühitində potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində müzakirələr baş tutub həmçinin sahibkarların fəaliyyətlərimizlə bağlı təklif və rəyləri dinlənilib.

Görüşün davamında isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” haqqında da məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!