Dəyirmi mas ətrafında B2B görüş – 13.02.2024

Dəyirmi masa ətrafında B2B görüşlərimiz davam edir.

13 fevral tarixində baş tutan görüşlərdə sahibkarları bir araya gətirərək onların potensial əməkdaşlıq imkanlarını dəyərləndirməsinə və biznesə dair məsələlərdə fikir mübadiləsi aparmasına vasitəçi olduq.

Bu görüşlərdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” haqqında da məlumat verdik.

Günün sonuncu görüşündə isə “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında təqdimat etdik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!