Ofis Ziyarəti “Sleep & Bed” – 13.02.2024

Fevralın 13-ü ofis ziyarəti çərçivəsində Türkiyənin ixrac yönümlü markası olan “Sleep & Bed”in Azərbaycandaki mağazasını ziyarət etdik.

Görüşün əvvəlində iştirakçılar arasında B2B müzakirələr zamanı yeni bazarlara çıxış imkanları, marketinq strategiyaları, əməkdaşlıq və əlaqələr kimi mövzular şərh olundu. Sahibkarların bu biznes mühitində fikir və təkliflərini dinləmək maraqlı oldu.

“Sleep & Bed”in təqdimatında isə şirkətin rəhbəri Abbas Məmmədov ev tekstili məhsullarının idxalı və keyfiyyət olaraq hansı xüsusiyyətləri ilə fərqləndiyi haqqında sahibkarları məlumatlandırdı. Şourumda baş tutan gəzintidən sonra görüşümüz sona çatdı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Maricel Astara Resort
Dekoriza
Azela Design
Billur MS
Shabran Wellbeing
Doğtaş
İndikator Avto
Ağ Saray
Evsetra
Məsləhətçi.az
Capital Construction
Global Logistics
Uplink Telecom
Roofs MMC
Rota Trade(qonaq)
Kapital Bank