Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 21.02.2024

Fevralın 21-i partnyorlarla birlikdə “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət etdik.

Birgə və Sağlam İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqların və böyüklərin sosial bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər və tədris proqramı təşkil edir.

Məhz bu mövzuda Birliyin sədri Aytən Eynalova Autizmli gənclərin xidmət göstərdiyi “Kashalata” kafesində baş tutan səhər yeməyi çərçivəsində təqdimat etdi. Buradaki gənclərin cəmiyyətlə bütünləşməsi və bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması yönündə təşkil olunan fəaliyyətlər haqqında məlumat verildi.

Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşdə iştirak edərək şirkətin fəaliyyətləri haqqında məlumat verdi və partnyorlarımızla həmsöhbət oldu.

Səhər yeməyi zamanı həmçinin autizmli gənclərin xoş musiqili tamaşası sahibkarlara maraqlı anlar yaşatdı. Görüşün davamında isə mərkəzin zal və otaqlarını ziyarət etdik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

E.H.A Group
Elegant S
Tekaz
Ascend
Soprano
İnes Precast
Natural Meat
Electro Mall
Grow Guide
Azflex
Capital Construction
Thermoplast
SkyStone
Master Cleaning
Wotmax Estate