Onlayn görüş çərçivəsində fevralın 21-i Marsol Region və Marsol Group partnyorları yenidən bir araya gəlib.

Bölgələrimizdəki sahibkarların bu kimi görüşlərdə iştirak edərək biznes təcrübələrini bölüşməsi, eləcə də iştirakçılarla biznes yönümlü müzakirələrdə həmsöhbət olması netvörkinqin inkişafı baxımından əhəmiyyətlidir. Bu məqsədlə təşkil etdiyimiz onlayn görüşdə sahibkarlar B2B müzakirələrdən əlavə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Nəzrin Həsənova ilə həmsöhbət olublar. Dövlət-sahibkar dialoqu zamanı Nəzrin xanım Fondun fəaliyyətləri haqqında iştirakçıları məlumatlandırıb, güzəştli kredit imkanları və regionlar üzrə biznes layihələri haqqında məlumat verib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Greenmed
Acibadem
Qurban.az
Amazon Travel
Jet Cinema
Mega Həyat Sığorta
SİF
Kucha Pasthane
Sofistico