İşgüzar Səhər Yeməyi “Pxali Xinkali” – 22.02.2024

B2B əməkdaşlıqlara əlverişli imkan yaradan “İşgüzar Səhər Yeməyi”ndə 30-a yaxın partnyorumuzla bir araya gəldik.


Fevralın 22-si “Pxali Xinkali” restoranında baş tutan görüşdə sahibkarlar arasında tanışlıq oldu, yeni əməkdaşlıqlara zəmin yarandı. Ənənəvi olaraq Marsol Group-un gələcək fəaliyyətləri və layihələri haqqında məlumat verildi.

Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşdə iştirak edərək sahibkarlarımızla tanış oldu, onlarla həmsöhbət olmaq imkanı əldə etdi. Bundan əlavə, İlhami bəy öz çıxışında şirkətin fəaliyyətləri haqqında təqdimat etdi. Davamında Şimali Kipr və Azərbaycan arasında əməkdaşlıqların genişləndirilməsi yönündə bir sıra mövzulara toxunuldu.