“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi – Biznes netvörkinqin faydaları – 22.02.2024

Biznes netvörkinq nədir?

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi də elə məhz bu məzmun üzərinə qurulub.

Bildiyiniz kimi dəyərli xanım sahibkarlarımız üçün bu layihə çərçivəsində biznes netvörkinq yönündə bir çox tədbirlər təşkil olunub.

Ancaq fevralın 22-si “Bakı KOB evi”ndə baş tutan təlimdə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin rəhbəri Elman Sadıqov biznes netvörkinqə yeni baxış bucağı qazandıracaq mövzulara toxunub. Aktiv və dinamik olmağı tələb edən biznes netvörkinq sahəsinin nələrdən ibarət olduğunu eləcə də bu sahədəki inkişaf və müzakirələrin biznes mühitində yeni əlaqələrin qurulmasına verdiyi töhfələri izah edən maraqlı bir təqdimat olub.